“Nicatoğlu ” MMC fəaliyyətinə 2023-cü ildən başlamışdır. Şirkət Bakı şəhərində fəaliyyət göstərir. Qısa müddət ərzində fərdi və dövlət əhəmiyyətli mühim layihələrin icrasını həyata keçirmiş və bir çox uğurlu layihələrin müəllifi olmuşdur. Hal-hazırda “ Nicatoğlu ” MMC hər cür layihə, təmir, tikinti və dizayn işlərinin öhdəsindən yüksək səviyyədə gəlir. Bu da “ Nicatoğlu ” MMC-nin yüksək ixtisaslı, peşəkar təcrübəsinə dayanan bacarıqlı mütəxəsislərdən təşkil olunan heyət vasitəsi ilə reallaşdırmasının göstəricisidir. Professionallığımız həmişə öndə olmağımıza, sifarişçilərimizə mükəmməl xidmət göstərməyimizə və onların bütün istəklərini yerinə yetirməyimizə şərait yaratmışdır. Sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir. Bunun üçün ölkədə və ölkədən kənarda keçirilən seminarlarda, sərgilərdə iştirak edir və bunuda öz fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq “ Nicatoğlu ” MMC layihələri bütün parametrlərinə görə öz peşəkarlığı ilə seçilir və müasir tələblərə cavab verir. “ Nicatoğlu ” MMC tikinti və təmir, yaşayış və qeyri yaşayış obyektlərinin tikintisi və təmiri ilə məşğuldur. Həmçinin yeni tikilmiş binalarda mənzillərin təmirini də həyata keçirir . Peşəkarlar sayəsində sizə müasir və keyfiyyətli proyektlər təklif edərək həmin proyektləri qısa vaxt ərzində yüksək keyfiyyətlə reallığa çevirir.